• cümə axşamı, 28 mart, 22:10
  • Baku Bakı 13°C

Yerevan meri şəhəri zibildən təmizləməyə çağırdı

26.03.19 18:54 887
Yerevan meri şəhəri zibildən təmizləməyə çağırdı
Yerevanda ötən ilin yay aylarından etibarən məişət tullantılarının toplanması problemi yaşanır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, şəhər meri Ayk Marutyan küçələrdən zibillərin toplanması ilə məşğul olan "Sanitek" şirkəti qarşısında ultimatum qaldırıb.
Mer zibillərin qısa zaman ərzində yığışdırılmasını tələb edib. Əks təqdirdə bu sahə üzrə yeni şirkətin cəlb olunacağını bildirib.
Bu müddət ərzində şirkətin bir neçə dəfə ümumilikdə 50 min dollar məbləğində cərimələndiyi deyilir.
"Sanitek" şirkətinin nümayəndələri isə bəzi hallarda texnikanın işləmədiyini əsas gətirib.
banner

Oxşar Xəbərlər