AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb

Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb

Təfsilat
14 May 2021, 15:15 707
Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri tərəfindən 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğası qeydə alınıb.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Geomaqnit narahatlıq səviyyəsi doqquz ballıq şkala ilə yeddi baladək yüksəlib.
"Faktiki olaraq, Yer kürəsi çox qısa və güclü kosmik zərbə aldı. Hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə isə nəzərə çarpan hadisələr qeydə alınmayıb", - institutun məlumatında deyilir.

Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyəli qasırğalar enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, kosmik aparatları orbitdən çıxara, həmçinin, peyk naviqasiyasında problemlər və radio rabitəsində fasilələr yarada bilər. Hazırda vəziyyət sabitdir. Alimlərin fikrincə, Günəşdə alışma aktivliyi aşağı səviyyədədir.