• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

"Yeni vətəndaşlıq qanunu Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir edəcək"

20.06.20 21:00 1932
"Yeni vətəndaşlıq qanunu Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir edəcək"
İyul ayında Rusiyada vətəndaşlığa qəbulu sadələşdirən yeni federal qanun qüvvəyə minəcək. Bu qanuna görə, əcnəbilər yerli vətəndaşlığı qəbul edərkən əvvəlki vətəndaşlıqdan imtina etməli deyillər. Yeni qanunun müsbət və mənfi cəhətlərini "Report”un yerli bürosuna Rusiya Dövlət İdarəçilik Universitetinin professoruVladimir Voloxizah edib.
- Rusiya vətəndaşlığına keçərək əvvəlki vətəndaşlıqdan imtina etməməyə yol açan bu yeni qanunun üstün və zəif cəhətləri hansılardır?
- Federal Vətəndaşlıq Qanununa düzəlişlər etməyi həyat özü şərtləndirir. Bu gün insanlar bəzən vətəndaşlıqdan imtina etmək üçün müvafiq ərizə verməklə bağlıhəmin ölkəyə gedə bilmirlər. Xüsusilə hazırkı pandemiya dövründə bu məsələ daha da kəskin xarakter alıb.Şəxsən mən ikili vətəndaşlığın tərəfdarı olmasam da, bir sıra dövlətlərdə, o cümlədən Rusiyada qanunlar aidiyyəti dövlətlərlə müvafiq sazış imzalandığı təqdirdə ikili vətəndaşlığa yol verir. Bütövlükdə ikili, yaxud üçlü vətəndaşlığın nöqsanı belədir ki, vətəndaşın hərbi xidmət, borc öhdəlikləri, aliment ödənişi kimi öhdəliklərindən yayınmağa şərait yaradır.
-Yəni ikili vətəndaşlığı olan şəxshər iki ölkədə hərbi xidmət keçməlidir?
- Bəli. Hərbi xidmətə çağırışçı olan şəxs müvafiq qaydada vətəndaşı olduğu ölkədəmükəlləfiyyəti yerinə yetirdikdən sonra vətəndaşı olduğu digər ölkənin də qanunlarına görə, təbii ki, orada da orduya çağırılmalıdır. Yəni başqa dövlətin vətəndaşlığını qəbul etməklə insan əvvəlki ölkəsi qarşısındakı öhdəliklərindən heç də azad olunmur.
- Bəs Rusiyada qəbul edilən bu yeni qanun Azərbaycanla əlaqələrə necə təsir edəcək?
- Şübhəsiz ki, bu qanun iki ölkə arasındakı münasibətləri daha da gücləndirəcək. Aramızda Dostluq Müqaviləsi, miqrasiya da daxil olmaqla müxtəlif məsələlərə dair bir sıra hökumətlərarası sazişlər imzalanıb və qüvvədədir. Yeni düzəlişlər də beynəlxalq əməkdaşlıqla bağlı qarşılıqlı münasibətlərimizə müsbət təsir göstərəcək.
banner

Oxşar Xəbərlər