• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

Yeni ştamlarla mübarizədə gigiyenik qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirak kifayətdir

08.01.22 12:30 198
Yeni ştamlarla mübarizədə gigiyenik qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirak kifayətdir
Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni qeydə alınmış "İHU” və ya B.1.640.2 adlandırılan mutant ştamı haqqında müxtəlif məlumatlar paylaşılır. Məlumata əsasən, B.1.640.2 ştamına Mərkəzi Afrikadan Fransanın Marsel şəhərinə gələn 12 nəfərin yoluxduğu dekabrın 29-da təsdiqlənib. Yeni ştam COVID-19-un patogenliyi zəif olan ştamıdır. İlkin tədqiqatlar həmin ştamın təhlükəli olduğunu təsdiq etməyib.
AZƏRTACxəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev COVID-19-un Fransada qeydə alınan yeni B.1.640.2 ştamı barədə danışarkən deyib.
Professor bildirib ki, tərkibində otuz min amin turşusu olan COVID-19-un yeni "İHU” ştamının ana ştamdan əsas fərqi onun genom ardıcıllığına 46 substruktur vahidinin əlavə olunmasıdır: "Yəni, B.1.640.2 variantı 46 mutasiyanı əhatə edir. Həmin ştam əvvəlkilərlə müqayisədə daha zəif mutasiya qabiliyyətinə malikdir. Virusun S-spayka zülalında baş verən kəskin amin turşusu itkisi isə Kamerun variantının yoluxduruculuq gücünün son dərəcə zəif olmasını göstərir. Müqayisəli elmi təhlil sübut edir ki, yeni B.1.640.2 ştamı letallıq əmsalı və yoluxduruculuq gücünə görə, COVID-19-un hazırda sönməkdə olan və mutantların ən zəifi kimi dəyərləndirilən "omikron” ştamından qat-qat zəifdir. Başqa sözlə, "omikron” ştamı pandemiyanın sonlanmasının müjdəçisi idisə, B.1.640.2 ştamı yəqin ki, pandemiyanın sona yetməsinin birbaşa təsdiqidir. Ona görə də COVID-19-la bağlı narahatlığa əsas yoxdur. Vətəndaşlar normal həyata davam etməlidirlər. Sadəcə olaraq, gigiyenik qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirak vacibdir”.
Fransada qeydə alınan B.1.640.2 ştamı hələ ki Ümumdünya Səhiyyə Təşkilatının siyahısına əlavə edilməyib. Tədqiqat işi davam edir.
banner

Oxşar Xəbərlər