AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni sənaye parklarının yaradılması planlaşdırılır

Yeni sənaye parklarının yaradılması planlaşdırılır

İqtisadiyyat
23 Sentyabr 2021, 15:15 142
Yaxın zamanlarda Azərbaycanda yeni sənaye parklarının yaradılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov xatırladıb ki, Ağdamda sənaye parkının yaradılması üzrə işlər başlayıb.
Nazir bildirib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ilə yeni iqtisadi imkanlar yaranıb: "Hazırda əsas məqsəd bu ərazilərdə həyat keyfiyyətinin təmin olunması və "ağıllı kənd"lərin yaradılması üzrə layihələrin reallaşdırılmasıdır"
Ələt azad iqtisadi zonasının yaradılması barədə danışan M.Cabbarov bildirib ki, burada işlər 2022-ci ilin iyulunda başa çatacaq.