• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Yeni plan hazırlanır, onu göndərib, Zidanı gətirirlər

14.02.19 12:45 570
Yeni plan hazırlanır, onu göndərib, Zidanı gətirirlər
Deyəsən, Mauritsio Sarrinin "Çelsi”dən istefaya göndərilməsi qaçılmaz olacaq.
Kaspi.az xəbər verir ki, "Mançester Siti”yə 0:6 hesablı biabırçı məğlubiyyətdən sonra klub rəhbərliyinin Sarriya etimadı tükənib. İngiltərə mətbuatı ona müəyyən qədər vaxt verildiyini yazsa da, deyəsən, istefa gerçəkləşəcək.
"Çelsi” rəhbərliyi Zinəddin Zidanın "Stemford Bric”ə gətirilməsi planı üzərində işlədiyi barədə xəbərlər yayılıb. Mətbuat iddia edir ki, Zidanın "Çelsi”yə gəlişi Eden Hazarın da komandada qalmasını şərtləndirəcək.
Onu da qeyd edək ki, Zidanın xidmətində daha bir Premyer Liqa klubu – "Mançester Yunayted”in də maraqlı olduğu bildirilir.
banner

Oxşar Xəbərlər