• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

04.09.20 12:00 589
Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik "Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin e-xidmət vətəndaşlara pensiyanın nə vaxt və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.
Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.
Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər