• şənbə, 20 Aprel, 00:47
  • Baku Bakı 15°C

Yeni növ virus daşıyıcıları ətrafdakıları daha sürətlə yoluxdururlar - Həkim rəyi

22.01.21 16:15 402
Yeni növ virus daşıyıcıları ətrafdakıları daha sürətlə yoluxdururlar - Həkim rəyi
Koronavirusun mutasiyası ilə bağlı aparılan son elmi tədqiqatlar məlum olub.
Kaspi.az-ın məlumatına görə, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, artıq dünyanın bir çox ölkəsində İngiltərədə olan virus mutasiyasına rast gəlinib:"Bir müddət əvvəl hələ elmi tədqiqatlar başa çatmamış mediada mutasiya olunmuş virusun təhlükəli və öldürücü olduğu barədə məlumatlar yayılırdı. Təbii ki, mutasiyanın qeydə alındığı hələ ilk günlərdən təlaşa düşməmək və yalnız elmə əsaslanan məlumatlara inanmaq lazım idi. Mutasiya olunmuş virusun yoluxduruculuq qabiliyyətinin daha sürətli olduğu bizə ilk günlərdən məlum idi. Bu, İngiltərədə aparılan son elmi tədqiqatda da öz əksini tapıb. Tədqiqatda göstərilir ki, COVID-19-dan fərqli olaraq onun mutasiyaya uğramış formasının yoluxduruculuq sürəti minimum 35 % daha böyükdür”.
Azərbaycanlı alim vurğulayıb ki, bu zaman xəstəlik heç də ağır formada keçmir:"Mutasiya olunmuş virusa yoluxanlar sadəcə olaraq ətrafdakıları da daha sürətlə yoluxdurma gücünə malikdir. Bu da artıq təsdiqini tapır".
Tibb elmləri doktoru bildirib ki, son elmi tədqiqatla yeni virus mutasiyasına yoluxan şəxsin digərlərini yoluxdurma faizi də müəyyənləşdirilib: "Beləliklə, müəyyən olunub ki, mutasiya olunmuş virusa yoluxan şəxs ətrafındakı, yəni ünsiyyətdə olduğu insanların 15 faizini yoluxdurur. Mutasiyaya uğramamış viruslu xəstələr isə ətrafındakı insanların 11 faizini yoluxdurur. Bu nəticələr həm də onu göstərir ki, bütün ölkələrdə tətbiq olunacaq yeni strategiyalarda mütləq bu amillər nəzərə alınmalıdır. Əks halda mutasiyaya uğramış viruslar klasterlərdə, yəniinsanların çox olduğu yerlərdə sürətlə yayılaraq bir neçə klaster arasında əlaqə zənciri qura bilər və bununla da yeni dalğanın əmələ gəlməsinə zəmin yaranar".
banner

Oxşar Xəbərlər