• cümə axşamı, 25 aprel, 18:59
  • Baku Bakı 21°C

Yeni müqavilə bağlamayacaq

12.05.20 13:30 662
Yeni müqavilə bağlamayacaq
Məsut Özil "Arsenal”la yeni müqavilə bağlamayacaq.
Kaspi.az xəbər verir ki, bu barədə futbolçunun agenti Erkut Soqut məlumat verib. O, Özilin karyerasını harada davam etdirəcəyi ilə bağlı qəti qərar qəbul etmədiyini də bildirib:
"Məsutun "Arsenal”la hələ bir illik müqaviləsi var. Deyə bilərəm ki, müqavilədə dəyişiklik olmayacaq.
Sonra nə baş verəcəyini isə zaman göstərəcək. Məsut gələcək karyerası ilə bağlı ailəsilə məsləhətləşəcək.
Onun "Fənərbaxça”ya gələcəyi ilə bağlı bir söz deyə bilmərəm. Çünki bu, məxfilik prinsipinin pozulması olardı”.
Özil cari mövsümdə "Arsenal”ın heyətində bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər