• çərşənbə axşamı, 23 aprel, 13:53
  • Baku Bakı 24°C

"Yeni Klinika"nın həbsdə olan sabiq rəhbərinin məhkəməsinin vaxtı bilindi

08.07.21 13:00 262
"Yeni Klinika"nın həbsdə olan sabiq rəhbərinin məhkəməsinin vaxtı bilindi
Rüşvət almaqda təqsirləndirilərək həbs edilən "Yeni Klinika" nın sabiq direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilək məhkəmə prosesinin hazırlıq iclası iyulun 17-nə təyin edilib. Prosesə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Rəsmi məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

banner

Oxşar Xəbərlər