• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

“Yeni Üfüq” Xocalı şəhidlərini andı

16.02.20 20:07 1792
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri keçirib.
Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq bütün şəhidlərin, o cümldən bu günlərdə şəhid olan Seymur Ələsgərovun ruhuna dualar oxunub.
Daha sonra "Yenu Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, hər il Xocalıda baş verən soyqırım aktı Azərbaycan ictimaiyyəti tərəfindən yad edilir. O qeyd edib ki, ermənilərin törətdiyi bu qətliam Azərbaycan xalqına qarşı törədilən dəhşətli soyqırım aktıdır: "1992-ci il fevralın 26-da baş verən bu soyqırım zamanı qocalar, qadınlar, uşaqlar düşmən gülləsi ilə şəhid olublar, sağ qalanların bir qismi isə soyuqdan donaraq həyatlarını itiriblər. Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bizim borcumuz isə Qarabağın azadlığı yolunda birgə mübarizə aparıb qələbəyə nail olmaqdır”.
S.Əzimbəyli silsilə tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə, "Cənnət” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin sonunda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.



banner

Oxşar Xəbərlər