• cümə, 19 Aprel, 19:45
  • Baku Bakı 24°C

“Yeni Üfüq” Ramazan ayı münasibəti ilə silsilə tədbirlərə başlayıb

12.05.19 12:00 893
“Yeni Üfüq” Ramazan ayı münasibəti ilə silsilə tədbirlərə başlayıb
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə tədbirlərinə start verib.
Birlikdənverilən məlumata görə, "Yeni Üfüq” ilk iftar süfrəsini təşkil edib. Təşkil edilən iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Xeyriyyə tədbirində çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli mübarək Ramazan ayının mənəvi fəzilətlərindən geniş söz açıb. O, bu ayın mərhəmət, rəhmət, bərəkət, bağışlanma ayı olduğunu dilə gətirib. S.Əzimbəylinin sözlərinə görə, Ramazan ilahidən bəndələrinə müjdə olaraq verilmiş bir fürsətdir: "Bu mübarək günlərdə Vətənin, dövlətin daim var olması, eləcə də doğma Qarabağın tezliklə azad olmasını Allahdan dualarımızla təmənna etməliyik. Onu da qeyd edim ki, Müqəddəs Ramazan ayı münasibətilə təşkilatımız tərəfindən silsilə tədbirlərə başlamışıq. Silsilə xeyriyyə tədbirlərinin keçirilməsində təşkilatımıza dəstək olan "Cənnət” şirkətinə təşəkkürümüzü bildiririk”.

Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.


banner

Oxşar Xəbərlər