• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

“Yeni baş məşqçinin qarşısına daha böyük hədəflər qoyacağıq”

03.12.13 15:01 1218
“Yeni baş məşqçinin qarşısına daha böyük hədəflər qoyacağıq”
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yaxın günlərdə vətəni Almaniyadan Bakıya dönəcək. Bu barədə Lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, B. Foqts Topaz Premyer Liqasınnın oyunlarından bir neçəsini izləyəcək. Məmmədov hələlik yığmada növbəti seçmə tsikl üçün yeni baş məşqçi məsələsinə aydınlıq gəlmədiyini bildirib. O, məsələnin AFFA İcraiyyə Komitəsinin (İK) iclasında həllini tapacağını açıqlayıb: “Komitə üzvlərindən Mahir Məmmədov və Mirkamil Rəhimovun saytınıza açıqlamalarında Foqtsun qalmasını istəmələrindən xəbərdaram. Bununla belə, bütün üzvlərin fikirlərini dinləmək istəyirik. Çünki onların fikirləri bizim üçün çox vacibdir. Digər tərəfdən, vaxtı imkan versə, Foqtsun özü də komitənin iclasında iştirak edəcək. O, ötən müddətdə gördüyü işlər barədə bizə hesabat verməlidir. Ola bilər ki, komitə üzvlərinin fikirlərini telefon vasitəsilə də öyrənək”.
Məmmədov, həmçinin millimizə növbəti tsikldə rəhbərlik edəcək baş məşqçinin qarşısına yeni hədəflər qoyacaqlarını bəyan edib: “2014-cü il dünya çempionatının seçmə mərhələsini qrupda 4-cü pillədə başa vurmuşduqsa, 2016-cı il Avropa çempionatının seçmə mərhələsində qrupu ən pis halda 3-cü pillədə tamamlamalıyıq”.
Baş katib millimizin baş məşqçi postuna təklif aldığını açıqlayan Vahid Halilhociçin fikirlərini isə təkzib edib.
banner

Oxşar Xəbərlər