• cümə, 26 Aprel, 17:18
  • Baku Bakı 23°C

Yeni Atlantik Xartiyası ilə Britaniya avrasiyaçı siyasi xətdən imtina edir? - ŞƏRH

14.06.21 15:38 632
Yeni Atlantik Xartiyası ilə Britaniya avrasiyaçı siyasi xətdən imtina edir? - ŞƏRH
Böyük Britaniyanın Baş naziri Boris Conson ilə bu ölkədə səfərdə olan ABŞ prezidenti Co Bayden arasında Yeni Atlantik Xartiyası adlı sənəd imzalanıb. Sənəddə hər iki ölkənin yeni dünya düzəninə baxışları əks olunub və onun prinsipləri müəyyənləşdirilib. Sənəddə London və Vaşinqtonun demokratiyanın müdafiəsi, şəffaflığın təşviqi; hüququn aliliyininin dəstəklənməsi; vətəndaş cəmiyyətinə və müstəqil KİV-ə köməklik göstərilməsi; həmçinin ədalətsizliyə və bərabərsizliyə qarşı mübarizə; insan ləyaqətini və hüquqlarını qorumaq” prinsiplərindən danışılır. Atlantika xartiyası antihitler koalisiyasının əsas proqram sənədlərindən biri idi. 1941-ci il 14 avqustda İngiltərənin baş naziri U.Çörçill və ABŞ prezidenti F.D. Ruzvelt arasında müzakirə edilmiş və Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul edilmişdi. Daha sonra, 24 sentyabr 1941-ci ildə SSRİ və digər ölkələr də xartiyaya qoşulmuşdu.
Orada da qeyd olunurdu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. 1942-ci il yanvan 1-də 26 dövlət "Atlantika xartiyası"na qoşulmaq haqqında "Birləşmiş Millətlər Bəyannaməsi"ni imzalamış, beləliklə, antihitler koalisiyası yaranmışdı. Bu isə müharibənin gedişində əsaslı dönüş yaratmışdı.
Hazırda ekspertlər bunu yanlış olaraq Britaniyanın Avrasiya regionu ilə son 5 ildə formalaşdırdığı siyasətə qarşı addım kimi dəyərləndirirlər.
1) Conson "Brexit"dən sonra ABŞ-da Britaniyanın maraqlarını nəzərə alacaq yeni bir saziş üzərində çoxdan çalışırdı. Bu baxımdan yeni saziş ənənvi anqlo-sakson-amerikan siyasi müttəfiqliyindəki tezislərin təkrarıdır.
2) Britaniya Qərbin əsas iqtisadi oyunçusuna çevrilir. ABŞ-la yeni xartiyanın imzalanmağı bu baxımdan Boris Consonun uzaq gələcəyə hesablanmış addımıdır.
Nəzərə alaq ki:
Çinin Avropa İttifaqına qoyduğu investisiyaların məbləği 2009-cu ildən başlayaraq yüksəldi və 2016-cı ildə maksimum həddə, 37 milyard Avroya çatdı ki, bu da həmin ildə Çinin xaricə yatırdığı ümumi investisiyaların təxminən 23%- demək idi.
Avropa və elə Amerikanı bürüyən Çin ticari məhəllələri- "China Town"-lar real təsir gücünə çevrilməyə baçlayıb.
İkinci Dünya Müharibəsindən fərqli olaraq yeni xartiya konkret gücə qarşı imzalanmaqdan daha çox post-pandemiya qlobal müttəfiqliyini ifadə edir.
Çinin elektrik enerjisi infrastrukturuna yatırımları da məsələnin digər tərəfidir. 2011-ci ildə 2.7 milyard avroya Portuqaliyanın milli elektrik enerjisi təchizatçısı "EDP-Energias” şirkətində səhmlərin əldə edilməsi, 2014-cü ildə 2.1 milyard avroya İtaliyanın "CDP Reti” enerji şirkətinin alınması, İtaliyanın neft və qaz şirkəti "Eni” və elektrik enerjisi təchizatçısı "Enel” şirkətlərində 2 milyard avroluq hissələrin alınması, həmçinin Krit adasını Yunanıstanın enerji şəbəkəsi ilə birləşdirəcək sualtı elektrik kabellərinin çəkilməsi ilə bağlı layihədə gözlənilən iştirak Çinin bu sahədə necə irəlilədiyini göstərir.
Tural İsmayılov
Siyasi şərhçi
banner

Oxşar Xəbərlər