Yemelyanenko tanınmaz hala düşdü
MMA döyüşçüsü
Aleksandr Yemelyanenko ciddi xəsarət alıb.
Kaspi.az xəbər
verir ki, braziliyalı Luis Enrike ilə döyüşə hazırlaşan Yemelyanenko velosipeddən
yıxılıb. Buna görə də Samarada keçiriləcək döyüş təxirə salınıb. Bu barədə
idmançı özü məlumat verib:
"Dostum Viktor
velosipedlə iki saatlıq məşq planlaşdırmışdı. Fiziki yükləməyə tab gətirirdim.
Ancaq bacarıqsızlığım – velosipedi idarə edə bilməməyim ucbatından qəza
yaşandı. Samaradakı döyüş təxirə salınır”.
Döyüş mayın
10-da keçirilməli idi. Yemelyanenko karyerası ərzində 28 döyüşdə qalib gəlib, 7
dəfə məğlub olub.