• cümə axşamı, 25 aprel, 12:16
  • Baku Bakı 23°C

Yeddi nəfər Haitidəki iğtişaşların qurbanı oldu

15.02.19 10:22 345
Yeddi nəfər Haitidəki iğtişaşların qurbanı oldu
Haitidə bir həftədir davam edən kütləvi etirazlar nəticəsində azı yeddi nəfər həlak olub. Bu barədə Kolumbiyanın "Vanguardia” portalı məlumat yayıb.
AZƏRTACRİA Novosti agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyasının növbəti qurbanı Port-o-Prens şəhərində prezident sarayının yaxınlığında öldürülən oğlan olub. Polis və nümayişçilər arasında qarşıdurma zamanı bir jurnalist də yaralanıb.
Etiraz aksiyası iştirakçılarının böyük əksəriyyəti ən yoxsul rayonlarından olan insanlardır. Onlar Prezident Jovenel Moizin istefasını tələb edirlər. Nümayişçilər aeroporta gedən yolu bağlayıblar. Otellərdən birində dincələn kanadalı turistlər bu səbəbdən təyyarəyə çata bilməyiblər. Haitinin paytaxtındakı vəziyyətlə əlaqədar Kanada hökuməti öz səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib. ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Haitiyə getməməyi tövsiyə edib, həmçinin ABŞ diplomatik heyətinin böyük hissəsinin təxliyə edilməsi elan olunub.
banner

Oxşar Xəbərlər