• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Yazıçı Andrea Kamilleri vəfat edib

17.07.19 18:45 21619
Yazıçı Andrea Kamilleri vəfat edib
İtalyan prozaiki Andrea Kamilleri 93 yaşında Romada vəfat edib.AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, bu barədə "La Repubblica” qəzeti yazıb.
İyun ayında yazıçını ürək tutması diaqnozu ilə Santo-Spirito xəstəxanasında yerləşdiriblər.
Polis komissarı Montalbano haqqında silsilə romanların müəllifi Andrea Kamilleri İtaliyanın detektiv janrında yazan ən populyar yazıçılarından biri olub.
2015-ci ildə Kamilleri söz sənətinə töhfəsinə və detektiv janrında klassik dünya ədəbiyyatının ən yaxşı ənənələrinə sadiqliyinə görə "İtaliyada N.V.Qoqol adına mükafat”ın laureatı olub.
Andrea Kamilleri 1925-ci il sentyabrın 6-da Aqricento əyalətinin (Siciliya) Porto-Empedokl şəhərciyində anadan olub. Uzun illər Romada yaşayıb və işləyib.
banner

Oxşar Xəbərlər