• çərşənbə, 24 Aprel, 15:14
  • Baku Bakı 27°C

Yayın sonunda Avropada koronavirusun “Delta” ştammı dominantlıq edəcək

24.06.21 18:45 291
Yayın sonunda Avropada koronavirusun “Delta” ştammı dominantlıq edəcək
Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Avropa Mərkəzi (ECDC) avqust ayının sonlarına qədər Avropa İttifaqında yoluxmaların 90 faizinin koronavirusun "Delta” ştammının payına düşəcəyini proqnozlaşdırır.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu proqnozu ECDC-nin direktoru Andrea Ammon səsləndirib.
"Mövcud elmi məlumatlar onu deməyə əsas verir ki, "Delta” variantı koronavirusun dövriyyədə olan digər ştammlarından daha çox yoluxucudur və biz onun avqust ayının sonunadək Avropa İttifaqında dövr edən bütün SARS-CoV-2 viruslarının 90 faizini təşkil edəcəyini düşünürük”, - deyə Andrea Ammon bildirib.
İlkin məlumatlara əsasən, peyvəndin bir dozasını vurduran insanlara da "Delta” ştammı ilə yoluxa bilər. Eyni zamanda, hazırda mövcud olan peyvəndlərdən hər hansı birinin iki dozası koronavirusun bu variantından yüksək qorumanı təmin edir.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, COVID-19 infeksiyasının "Delta” ştammı dünyanın 85-dən çox ölkəsində qeydə alınıb.
banner

Oxşar Xəbərlər