Yay kimi keçən payız ayları
Və ya "isti oktyabr”ın hansı mənfi nəticələri ola
bilər?
Oktyabr
ayını başa vururuq. Amma həsrətlə gözlədiyimiz yağışlı payız havaları hələ də
bizi intizarda saxlayır. Adətən noyabr ayına az qalmış havalar soyuyar, yağış,
bəzən hətta qar yağardı. İndi isə havalar isti keçir, bir neçə ildir Bakıda
ümumiyyətlə qar yağmır. Görəsən bunun səbəbi nədir? Belə hava şəraitinin
təbiətə və insan orqanizminə hansı təsiri var?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif VerdiyevAPA-ya açıqlamasında deyib ki, Bakıda temperatur iqlim normasından 2 dərəcə
yüksəkdir: "Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz
19-22,Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar
Respublikasında20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda
müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir. Ötən
illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub. Ondan
sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb.Bu
il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik
təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib.
Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunanillər olub.
Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8
dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperaturötən
illərlə müqayisədə aşağıdır”.
Tibb üzrə ekspert, professor Adil Qeybullabildirdi ki, havaların həddən artıq isti keçməsi insanların fəslə uyğun geyim
seçməsinə mane olur. Gün ərzində havanın isti və yaxud soyuq olması hər kəsi
çaşdırır. Buna görə də bədən temperaturunu qorumaq mümkün olmur: "Belə hallar
soyuqdəymə xəstəliklərinin yaranmasına və geniş yayılmasına səbəb olur. İsti
havada viruslar daha da fəallaşır. Oktyabr ayının son günləri yaz-yay havasına
bənzəyir. Əlbəttə ki, bu, anomal vəziyyətdir. Bu anomal havalar virus
xəstəliklərinin artması üçün əlverişli şərait yaradır. Payızda qrip və soyuqdəymə
xəstəlikləri hər il artır. Belə havalar isə xəstəliklərin daha da artmasına səbəb yaradır.
Ona görə də çalışmaq lazımdır ki, müəyyən qoruyucu vasitələrdən, tibbi
maskalardan istifadə olunsun. İctimai nəqliyyatda, insanların kütləvi
toplaşdığı yerlərdə diqqətli olmaq lazımdır. Bu xəstəliklərin daşıyıcıları
dərsə, işə, məktəbə gedirlər. Bu da sağlam insanların xəstəliyə yoluxmasına
səbəb olur. Həmçinin havaya uyğun paltar geyinmək lazımdır. Qeyd edim ki, bu məsələyə
xüsusilə diqqət edilməlidir. Səhərlər və axşamlar hava nisbətən sərin,
günortalar isə çox isti olur. Ona görə də geyim seçərkən belə məsələlərə diqqət
etmək lazımdır. Payız fəslində bədənin immun sistemi zəifləyir və orqanizm
temperatur dəyişməsinə uyğunlaşa bilmir. Ona görə də özümüzü bu xəstəliklərdən
qorumalıyıq. Mütləq idman və fiziki hərəkətlə məşğul olmaq lazımdır. Əzələləri
tonusda saxlamaq lazımdır ki, bədənin müqaviməti güclü olsun”.
Coğrafiya elmləri doktoru Çingiz İsmayılov deyir
ki, ciddi narahatlığa əsas yoxdur: "Oktyabr ayında havaların dəyişkən keçməyi
təbiidir. Temperatur bəzən arta, bəzən isə aşağı düşə bilər. Bu, tamamilə təbii
haldır. Azərbaycanda iqlim əsasən şimal-qərb, cənub xəzri və gilavar
kütlələrinin axını ilə formalaşır. İndi Rusiyanın Avropa hissəsində isti hava
hökm sürür. Bu da Azərbaycana təsirsiz ötüşmür. Əslində burada qeyri-adi heç nə
yoxdur. Belə hallar zaman-zaman baş verir. Havaların isti keçməsi müvəqqətidir.
Bir həftədən sonra temperatur normaya düşəcək. Əgər bu isti hava bir ay da
davam edərsə, onun nəticələri ağır ola bilər. Yüksək ehtimalla temperatur qısa
bir zamanda aşağı düşəcək və tədricən havalar soyumağa başlayacaq. Belə hava
şəraitini qlobal dəyişikliklə əlaqələndirmək düzgün deyil. Qlobal iqlim dəyişikliyi
belə qısa müddətdə büruzə verə bilməz. Qlobal istiləşmə özünü illik temperatur
rejiminin formalaşmasında büruzə verə bilər. Orta aylıq temperatur isə 30-40
gün ərzində formalaşır. Oktyabrın əvvəlində havanın temperaturu indikindən 5-7
dərəcə aşağı idi. Bu, qısamüddətli iqlim dəyişmələri prosesidir və ciddi
narahatlığa əsas yoxdur”.
Mütəxəssis Günay Məmmədovaisə deyir ki, bütün bunlar qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirilməlidir:
"Payızın ikinci ayı adətən yağışlı keçir. Bu il isə adət etdiyimizdən fərqli
hava şəraiti hökm sürür. Əslində, bu, qlobal iqlim dəyişikliyinin
nəticələridir. Qlobal iqlim
dəyişikliyi dünyanın bəzi bölgələrində qasırğaların, sel və daşqınların
artmasına səbəb olub. Həmçinin davamlı quraq havanın da təbiətə bir çox mənfi
təsiri var. Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə
hesab olunur. Dəyişikliyə tab gətirməyən bitki və heyvanların nəsli kəsilir.
Ekoloji tarazlığın pozulması artıq bizdə də özünü büruzə verir. Bir neçə
ildir ki, Bakıya qar yağmır. Belə isti havanın isə müxtəlif sahələrə zərəri
var. İlk növbədə aqrar sahəni qeyd etmək lazımdır. Çünki yağış yağmadıqda,
məhsuldarlıq da aşağı olur. Artıq bəzi regionlarda su qıtlığı problemi
aktuallaşmağa başlayıb. Digər tərəfdən, isti hava insan sağlamlığına da
zərərlidir. Anomal hava, maqnit dalğaları insanlarda halsızlıq, baş ağrıları
yaradır. Temperatur dəyişmələri müxtəlif virus xəstəliklərinin sayını artırır”.
Şəbnəm