• çərşənbə, 24 Aprel, 16:03
  • Baku Bakı 27°C

Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək

11.10.19 12:06 441
Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək
Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bu il dekabrın ikinci yarısında bələdiyyə orqanlarına seçkilər keçiriləcək.
M.Pənahov əlavə edib ki, bu seçkilərdə ölkədəki 1606 bələdiyyəyə 15 mindən artıq üzvün seçiləcəyi gözlənilir.
MSK sədri qeyd edib ki, seçkilərin keçirilməsi ilə əlaqədar müəyyən dövlət orqanlarının üzərinə də müəyyən öhdəliklər düşür.
banner

Oxşar Xəbərlər