• cümə axşamı, 18 aprel, 09:16
  • Baku Bakı 12°C

Yaxın iki həftə ərzində dünyada koronavirusa yoluxma 200 milyonu ötə bilər

31.07.21 20:15 469
Yaxın iki həftə ərzində dünyada koronavirusa yoluxma 200 milyonu ötə bilər
COVID-19-a yoluxmaların və bu xəstəlikdən ölənlərin sayı günü-gündən artır ki, bu da daha çox "delta” variantının sürətlə yayılması ilə bağlıdır. "Delta” artıq dünyanın 132 ölkəsində aşkarlanıb.
AZƏRTACxəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O xəbər verib ki, ötən həftə ÜST təxminən 4 milyon yeni yoluxma faktı qeydə alıb. Vəziyyət belə davam etsə, artıq yaxın iki həftə ərzində yoluxanların ümumi sayı 200 milyona çata bilər.
banner

Oxşar Xəbərlər