AZE | RUS | ENG |

Yasamalda reyd: 150 piyada, 18 sürücü saxlanıldı

Yasamalda reyd: 150 piyada, 18 sürücü saxlanıldı
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik-maarifləndirmə tədbiri keçirib.
Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə inspektoru, polis baş leytenantı Məsim Hüseynzadə bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 150 piyada müəyyən olunmuş piyada keçidindən istifadə etmədiyi üçün saxlanılıb.
Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:
"Həmçinin tədbir çərçivəsində rayon ərazisində ödənilməmiş cəriməsi olan 18 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 15 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 3 sürücüyə xəbərdarlıq edilib.

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 3 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb.
Ümumilikdə məqsədimiz sürücü və piyadaları cərimələmək deyil, onları maarifləndirmək, qaydalara əməl etməyə çağırmaqdı. İstəyirik ki vətəndaşlarımız müəyyən olunmuş qaydalara əməl etsin, qayda pozuntularının sayı azalsın. Bu cür tədburlərin keçirilməsi vacibdir. Tədbirlər nəticəsində vətəndaşların bəziləri polis əməkdaşlarına irad bildirsələr də, əksəriyyət bu cür maarifləndirmə tədbirlərinin vacibliyini bildirib".
Qeyd edək ki, bu cür tədbirlər mütəmadi keçiriləcək, piyada və sürücülər maarifləndiriləcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962