• çərşənbə axşamı, 01 iyul, 01:39
  • Baku Bakı 22°C

Yaşadığı yeri tərk edən 4 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb

22.01.21 11:07 500
Yaşadığı yeri tərk edən 4 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.

banner

Oxşar Xəbərlər