• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

Yardımlıdakı meşə yanğını lokallaşdırılıb

04.08.21 15:00 253
Yardımlıdakı meşə yanğını lokallaşdırılıb
Lənkəranda baş verən yanğın artıq söndürülüb, Yardımlıda isə lokallaşdırılıb.
BunuTrend-ə açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib:"Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”
banner

Oxşar Xəbərlər