• çərşənbə, 24 Aprel, 22:00
  • Baku Bakı 23°C

“Yaradanlar” filmi mükafata layiq görülüb

14.10.21 17:45 451
“Yaradanlar” filmi mükafata layiq görülüb
Rejissor Şamil Əliyevin "Yaradanlar” bədii-sənədli filmi beynəlxalq film festivalında (Florida, ABŞ avqust – sentyabr 2021) münsiflər tərəfindən "Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
Kaspi.az xəbər verir ki, "Yaradanlar” bədii-sənədli filmi görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir.
Qeyd edək ki, "Yaradanlar” filmi 2020-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə” studiyasında istehsal olunub. Filmin ideya müəllifi Elbay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
banner

Oxşar Xəbərlər