• cümə, 29 Mart, 00:43
  • Baku Bakı 7°C

Yaponiyaya xarici ölkələrdən gələnlərdən ikihəftəlik özünütəcrid karantini keçmələri xahiş ediləcək

20.03.20 14:15 764
Yaponiyaya xarici ölkələrdən gələnlərdən ikihəftəlik özünütəcrid karantini keçmələri xahiş ediləcək
Yaponiya hökuməti martın 21-dən başlayaraq, Avropa ölkələrindən, İrandan və Misirdən gələn şəxslərdən müstəqil şəkildə ikihəftəlik özünütəcrid karantini keçmələrinin xahiş olunması barədə qərar qəbul edib.AZƏRTACxəbər verir ki, bu qərar Yaponiya Nazirlər Kabinetinin martın 19-da keçirilən iclasında qəbul olunub.
Nazirlər Kabinetindən bildiriblər ki, 38 dövlətdən, o cümlədən Avropa İttifaqının üzvü olan 27 ölkədən gələn şəxslər karantin üçün ayrılmış yaşayış yerlərində və otellərdə iki həftə müddətinə yerləşəcəklər. Həmin şəxslərdən ictimai nəqliyyatdan istifadə etməmələri də xahiş olunacaq.

banner

Oxşar Xəbərlər