AZE | RUS | ENG |

Yaponiyanın Müdafiə Nazirliyi yeni kosmik bölmənin yaradılmasını planlaşdırır

Yaponiyanın Müdafiə Nazirliyi yeni kosmik bölmənin yaradılmasını planlaşdırır
Yaponiyanın Müdafiə Nazirliyi kosmik məkanın monitorinqi məqsədilə yeni bölmənin yaradılması üçün büdcə sorğusunun təqdim olunması barədə qərar qəbul edib.
 
AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yeni bölmə ölkənin özünümüdafiə qüvvələrinin tərkibində fəaliyyət göstərəcək.
 
Bildirilir ki, nazirlik 2020-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində büdcədən 49 milyard 700 milyon dollar vəsait almağı planlaşdırır.
Bu, yeddi ildir ki, fasiləsiz şəkildə artmaqda davam edən müdafiə xərcləri arasında ən böyük büdcə sorğusu olacaq.
 
Müdafiə sahəsində ötən il qəbul edilən direktivlər Yaponiyanın açıq kosmosda və kiberməkanda müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur.
Yeni bölmə şübhəli süni peyklərin müşahidəsi və artmaqda davam edən kosmik tullantılara nəzarət funksiyasını yerinə yetirəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967