• şənbə, 27 Aprel, 01:08
  • Baku Bakı 14°C

Yaponiyada yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb

21.09.20 14:15 506
Yaponiyada yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumata görə, bu ölkədə yaşlı əhalinin sayı rekord səviyyəyə çatıb.
AZƏRTACxəbər verir ki, nazirlik tərəfindən bu barədə məlumat sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində dərc edilib.
Bildirilir ki, cari il sentyabrın 15-nə olan son məlumata görə, Yaponiyada 65 və daha yuxarı yaşlı insanların sayı 36 milyon 170 min nəfərə bərabərdir. Bu rəqəm ötənilki göstəricini 300 min nəfər üstələyib.
Ölkə əhalisinin tərkibində yaşlı insanların ümumi payı isə 28,7 faiz təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 faiz çoxdur. Həmin rəqəmin artmasına ölkə üzrə əhalinin ildə təqribən 290 min nəfər azalmasının təsir etdiyi də bildirilir.
banner

Oxşar Xəbərlər