Yaponiyada qasırğaya görə 400-dən çox reys təxirə salınıb

Yaponiyada qasırğaya görə 400-dən çox reys təxirə salınıb

Təfsilat
22 Sentyabr 2019, 11:45 72
Yaponiyada güclü "Tapa” qasırğasına görə aviaşirkətlər 400-dən çox daxili reysi təxirə salıblar.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, həmin reyslərin əksəriyyəti Kyüşü adasından və geriyə - Fukuoka, Miyazaki, Naqasaki, Kaqoşima və Saqa aeroportlarına nəzərdə tutulan uçuşlardır.
Aviaşirkətlər səyahətçiləri reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər.