• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Yaponiyada 851, digər ölkələrdə isə 1520 nəfər yeni növ koronavirusa yoluxub

25.02.20 11:21 923
Yaponiyada 851, digər ölkələrdə isə 1520 nəfər yeni növ koronavirusa yoluxub
Fevralın 25-də səhər saatlarında verilən məlumata görə, Yaponiyada yeni növ koronavirusa yoluxanların sayı 851-ə çatıb.AZƏRTACYaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, onlardan 146-sı Yaponiyada yoluxan insanlar və ya Çindən gələn turistlərdir. Buraya, həmçinin Səhiyyə Nazirliyi əməkdaşının və "Diamond Prinsess” kruiz laynerində olan karantin məmurunun daxil edildiyi bildirilir. Həmin Kruiz laynerində yeni növ koronavirusa yoluxan heyət üzvlərinin və sərnişinlərin sayının 691-ə çatdığı qeyd edilir. Çinin Xubey əyalətindən çarter reyslərdə təxliyə edilənlər arasında 14 nəfərin olduğu bildirilir.
Son hesablamalara görə, Çindən və Yaponiyadan başqa digər ölkələrdə ümumilikdə 1520 nəfər yeni növ koronavirusa yoluxub. Həmin insanlar dünyanın 34 ölkəsində və ərazi vahidində yaşayır. Cənubi Koreyada 833, İtaliyada 229, Sinqapurda 90, Honkonqda 76, İranda 61, Tailandda 35, Tayvanda 30, Malayziyada 22 və ABŞ-da 17 belə halın qeydə alındığı göstərilir. Bundan əlavə, Almaniya və Vyetnamda hər birində 16, Avstraliyada 15 və Birləşmiş Ərəb Əmirliklərində 13 yeni koronavirusa yoluxan qeydə alınıb. Eyni zamanda, Fransada 12, Makao və Kanada da 10, Böyük Britaniyada 9 və Hindistan, Filippin və Küveytin hər birində 3 belə hal təsdiq olunub.
Rusiya, İspaniya və Omanın hər birində 2, Nepal, Kamboca, Şri-Lanka, Finlandiya, İsveç, Belçika, Misir, Livan, Bəhreyn, Əfqanıstan və İraqda daxil olmaqla bu ölkələrin hər birində bir nəfər belə xəstə olduğu bildirilir.
Bununla yanaşı, İranda 12 nəfərin, Cənubi Koreyada 7, İtaliyada 6, Honkonqda 2, Filippin, Fransa və Tayvanda isə bir xəstənin öldüyü qeyd edilir.
banner

Oxşar Xəbərlər