• şənbə, 20 Aprel, 08:11
  • Baku Bakı 14°C

Yaponiya KXDR-dən qorunmaq üçün ABŞ-ın raketdənmüdafiə komplekslərini yerləşdirməyi planlaşdırır

24.09.17 10:00 581
Yaponiya KXDR-dən qorunmaq üçün ABŞ-ın raketdənmüdafiə komplekslərini yerləşdirməyi planlaşdırır
Yaponiya hökuməti ABŞ-ın "Aegis Ashore” raketdənmüdafiə komplekslərini ölkənin qərb sahillərində, Yapon dənizi istiqamətində yerləşdirməyi planlaşdırır.
AZƏRTACxəbər verir ki, bu barədə sentyabrın 24-də "Asahi Şhimbun” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, komplekslərin yerləşdirilməsi 2023-cü ildə başa çatdırılacaq.
Yaponiya hökuməti hazırda "Aegis Ashore” raketdənmüdafiə komplekslərini almağın mümkünlüyünü araşdırır. Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün rekord miqdarda büdcə sorğusu göndərib. Həmin vəsaitin bir hissəsinin bu komplekslərin alınması üçün sərf ediləcəyi güman olunur. Mütəxəssislərin qənaətinə görə, Yaponiyanın bütün ərazisini mümkün raket zərbəsindən və ya ballistik raketin düşməsindən qorumaq üçün iki belə qurğu kifayət edər. Onun birinin qiymətinin 80 milyard yen (təqribən 728 milyon dollar) olduğu bildirilir.
banner

Oxşar Xəbərlər