• cümə, 26 Aprel, 00:39
  • Baku Bakı 16°C

Yaponiya İranın raket zərbələrindən sonra diplomatik vasitələrlə gərginliyi azaltmağa çalışır

08.01.20 11:15 397
Yaponiya İranın raket zərbələrindən sonra diplomatik vasitələrlə gərginliyi azaltmağa çalışır
Yaponiya ABŞ-ın İraqdakı hərbi bazalarına İranın raket hücumlarından sonra Yaxın Şərqdə yaranmış gərginliyin qarşısını almaq üçün bütün maraqlı tərəfləri diplomatik səyləri artırmağa çağırıb.
AZƏRTACxəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa yanvarın 8-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib. Baş katib əlavə edib ki, Yaponiya hökuməti digər ölkələrlə birlikdə bu istiqamətdə sıx əməkdaşlıq şəraitində diplomatik səyləri davam etdirəcək.
Y.Suqa, həmçinin əlavə edib ki, artan gərginliyə baxmayaraq, informasiya toplanması və gəmiçiliyin təhlükəsiz hərəkəti məqsədilə Yaxın Şərqə Yaponiya özünümüdafiə qüvvələrinin göndərilməsi planında heç bir dəyişiklik gözlənilmir.
banner

Oxşar Xəbərlər