• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

Yaponiya, Çin və Cənubi Koreya birgə mədəni tədbirlər təşkil edəcəklər

27.08.17 09:10 514
Yaponiya, Çin və Cənubi Koreya birgə mədəni tədbirlər təşkil edəcəklər
Yaponiya, Çin və Cənubi Koreyanın mədəniyyət nazirləri bu ölkələrdə 2018-2022-ci illər ərzində keçiriləcək Olimpiya və Paralimpiya oyunları zamanı birgə mədəni tədbirlərin təşkili barədə razılığa gəliblər.
Avqustun 26-da Yaponiyanın mədəniyyət naziri Yoşimasa Hayaşi özünün çinli və Cənubi koreyalı həmkarları Lo Şuqan və Do Conq Xvan ilə Yaponiyanın keçmiş paytaxtı Kiotoda görüşüblər.
Görüşdən sonra tərəflər "Kioto bəyənnmaəsini” imzalayıblar.
Sənədə əsasən tərəflər 2018-ci ildə Pxyonçxanda keçiriləcək Qış Olimpiadası, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadası və 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiadası zamanı birgə mədəni proqramlar təşkil edəcəklər.
Gələn il Pxyonçxanda keçiriləcək Qış Olimpiadası zamanı rəsm və kalliqrafiya sərgilərinin təşkili, eyni zamanda Koreya əfsanələrində xüsusi yeri olan pələnglər barədə teatr tamaşalarının göstərilməsi planlaşdırılır.
Yaponiyanın mərkəzi hissəsində yerləşən Kanazava şəhəri gələn il üçün "Şərqi Asiyanın üç mədəniyyət şəhəri”ndən biri seçilib və onun mübadilə proqramını qəbul edəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər