• cümə axşamı, 25 aprel, 00:11
  • Baku Bakı 19°C

Yaponiya ABŞ ilə birgə çiplərin hazırlanması üzrə mərkəzi yaratmaq üçün 2,4 milyard dollar yatıracaq

06.11.22 10:30 1107
Yaponiya ABŞ ilə birgə çiplərin hazırlanması üzrə mərkəzi yaratmaq üçün 2,4 milyard dollar yatıracaq

Yaponiya hökuməti gələcək nəsil 2 nanometr yarımkeçiricilərin hazırlanması üçün ABŞ ilə birgə tədqiqat mərkəzinin yaradılmasına təxminən 350 milyard yen (təxminən 2,38 milyard dollar) ayırmağı planlaşdırır.

“Report” “Nikkei” qəzetinə istinadən xəbər verir ki, birgə mərkəzin yaradılması barədə razılıq cari ilin iyul ayının sonunda əldə olunub. Nəşr qeyd edib ki, tədqiqat mərkəzinin ilin sonunadək yaradılması planlaşdırılır. Layihədə Tokio Universiteti, Yaponiya Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutu, Riken Təbiət Elmləri İnstitutu, eləcə də siyahısı daha sonra açıqlanacaq bir sıra şirkətlər iştirak edəcək. Məlumata görə, namizədlərdən biri Amerikanın IBM şirkəti ola bilər.

banner

Oxşar Xəbərlər