• cümə axşamı, 28 mart, 18:52
  • Baku Bakı 13°C

Yapon oftalmoloq aldığı pul mükafatını Azərbaycandakı məcburi köçkünlərə verəcək

04.12.17 14:00 2397
Yapon oftalmoloq aldığı pul mükafatını Azərbaycandakı məcburi köçkünlərə verəcək
Bu yaxınlarda Yaponiyanın "Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri, oftalmoloq Akio Kanai Yaponiyanın "Yomiuri” qəzetinin ən yüksək mükafatı olan "Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, A. Kanai həmin mükafatın 5 milyon yen həcmindəki qisminin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması qərarına gəlib və bu barədəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub göndərib.
Dövlət Komitəsi nəzərə çatdırır ki, "Fuji Optical” Co.Ltd şirkəti 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir: "Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır. "Fuji Optical” Co.Ltd şirkəti tərəfindən 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon dollaradək vəsait xərcləyib. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalarBMTQAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs "Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. Görüşlərin birində A. Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələri ən uğurlu layihələrdən biri olduğunu qeyd etmişdi. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir. A. Kanai hələ 2006-cı ildəBMTQAK tərəfindən təsis edilmiş "Nansen qaçqın mükafatı”na layiq görülüb və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun YeniXocavəndqəsəbəsində məcburi köçkünlər üçün su artezian quyusu qazılıb istifadəyə verilib. Dövlət Komitəsi inanır ki, "Fuji Optical” şirkəti öz xeyirxah missiyasını Azərbaycanda gələcəkdə də davam etdirəcək".
banner

Oxşar Xəbərlər