AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

YAP prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib

YAP prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib

Siyasət
24 Dekabr 2012, 14:33 1808
Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərinə hazırlıq işlərinə start verdiyini açıqlayıb.

"Qarşıdan gələn prezident seçkilərinə təxminən 10 ay qalsa da, Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı hazırlıq işlərinə artıq start verib", - bunu jurnalistlərə açıqlamasında YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, bu, artıq YAP-da formalaşmış bir ənənədir ki, seçkilər prosesinə bir neçə ay qalmış hazırlıq işlərinə start verilir.

"Biz də bu ənənəyə uyğun olaraq seçkilərə hazırlıq işlərinə start vermişik. Bu mərhələdə YAP olaraq qarşımızda bir sıra məqsəd və hədəflərin reallaşdırılması dayanır. Bu sırada da partiya strukturlarının seçkilərə hazırlıq mərhələsinə gətirilməsi, seçkilərlə bağlı müəyyən hədəflərin, proqramların hazırlanması və digər məsələlər dayanır. Çox güman ki, gələn ilin əvvəlindən etibarən bu istiqamətdə işlərimizi daha da sürətləndirəcəyik", - Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin 2013-cü ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.