• çərşənbə axşamı, 23 aprel, 22:04
  • Baku Bakı 20°C

Yanukoviç beynəlxalq axtarışa verildi

12.01.15 15:39 839
Yanukoviç beynəlxalq axtarışa verildi
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun oğlu, iş adamı Aleksandr Yanukoviç İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.
A. Avakov bildirib ki, keçmiş baş nazir Nikolay Azarov, baş nazirin keçmiş müavini Raisa Boqatıryova, sabiq maliyyə naziri Yuri Kolobov və “Ukrtelekom”un sabiq rəhbəri Georgi Dzekon da axtarışa verilib. “İttiham olunan bir sıra digər şəxslərlə bağlı da İnterpol xətti ilə iş aparılır”, - deyə nazir söyləyib.
Qeyd edək ki, ötən ilin dekabrında Ukraynanın baş prokuroru Vitali Yarema İnterpolun V. Yanukoviç haqqında beynəlxalq axtarış elan etmək istəmədiyi barədə açıqlama vermişdi. V. Yanukoviç Maydan hərəkatı zamanı nümayişçilərə atəş açılması və onların ölümünə səbəb olmaqda, korrupsiya və digər qanunsuz əməllərdə ittiham olunur.
banner

Oxşar Xəbərlər