• cümə, 19 Aprel, 17:08
  • Baku Bakı 25°C

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

10.12.19 11:30 566
Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:
"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".
banner

Oxşar Xəbərlər