• cümə, 26 Aprel, 08:01
  • Baku Bakı 12°C

Yanğın zamanı 41 yaşlı şəxsin meyiti aşkarlanıb - VİDEO

25.11.21 15:30 284
Yanğın zamanı 41 yaşlı şəxsin meyiti aşkarlanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
NazirlikdənKaspi.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Kürdəmir rayonunda "Kamaz” və "Mercedes-Benz Atego” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlu xilas edilib. Həmçinin, yanğın zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

banner

Oxşar Xəbərlər