• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

“Yalnız bir Ronaldo var, o da braziliyalıdır”

06.12.19 14:15 544
“Yalnız bir Ronaldo var, o da braziliyalıdır”
Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirəcəyinə işarə vurub.
Kaspi.az xəbər verir ki, onun "milan”da çıxış etmək ehtimalı var. Jurnalistlər indidən "Ronaldo-İbrahimoviç qarşıdurması barədə yazırlar. İbra da bu məsələyə münasibət bildirib:
"İtaliyada əsl Ronaldo ilə qarşılaşacağam? Elə şey yoxdur, yalnız bir Ronaldo var, o da braziliyalıdır”.
Zlatan bir müddət əvvəl də Ronaldonu aşağılamışdı. Bildirmişdi ki, 7 il dalbadal çempion olan komandaya keçid çağırış ola bilməz. Onun sözlərinə görə, çağırış, B seriyasında çıxış edən "Yuve”yə keçid ola bilərdi.
banner

Oxşar Xəbərlər