AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yalçın Rzazadənin oğlu:

Yalçın Rzazadənin oğlu: "Atamın son arzusu övladlarını yanında görmək idi"

Mədəniyyət
23 Fevral 2021, 10:56 341
"Atamın son sözləri bu oldu: "Üç oğlunu da öz yanında görmək nə böyük xoşbəxtlikdir"". 
 
Bunu APA-ya açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə deyib. 
 
O bildirib ki, atasının son arzusu övladlarını yanında görmək idi: "Atamın mədəsində problem vardı. Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicə ölkə Prezidentinin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk".