• şənbə, 20 Aprel, 18:48
  • Baku Bakı 24°C

XXI əsrdə kim daha çox pul xərcləyib?

08.01.22 12:15 486
XXI əsrdə kim daha çox pul xərcləyib?
"Çelsi”nin sahibi Roman Abramoviç son 21 ildə futbola ən çox vəsait ayıran iş adamıdır. Ancaq onun komandası bu yatırımın qarşılığını da verə bilib.
Avropanın nəhəng futbol klubları hər il yüz milyonlarla avro xərcləyirlər. Futbolçuların məvacibləri və satış qiymətləri də ildən-ilə artır. Maraqlıdır, XXI əsrdə ən çox hansı klublar xərcə düşüb və onlar bunun müqabilində nə qazanıblar?
"Çelsi” (İngiltərə)
London "Çelsi”si son 21 ildə 2,4 milyard xərcləyib. Hazırkı heyətin qiyməti 878,5 milyon avrodur. 2021-ci ildə klub transferlərə 120 milyon avro sərf edib. Klub tarixində ən bahalı transfer isə Romelu Lukaku olub – 115 milyon avro.
Bu müddətdə qazanılan nəticələr:
İngiltərə çempionluğu - 4, İngiltərə kuboku - 5, Liqa kuboku - 3, Superkubok - 3.
Çempionlar Liqası - 2, Avropa Liqası - 2, UEFA Superkuboku - 1, Klublararası dünya çempionatı - 1.
Bu mükafatlardan yalnız ikisi Roman Abramoviçin komandaya gəlişinə qədər əldə edilib. 2,4 milyardın 2,2 milyardı isə məhz rusiyalı biznesmenin dövründə xərclənib. Bu müddətdə klub futbolçu satışından 1,2 milyard avro əldə edib.
"Mançester Siti” (İngiltərə)
Siyahıda ikinci pillədə "Mançester Siti” qərarlaşıb. "Şəhərlilər” 21 əsrdə 2,3 milyard avro xərcləyiblər.
Hazırkı heyətin dəyəri: 1,04 milyard avro.
2021-ci ildə transferlərə xərclənib: 127,5 milyon.
Klub tarixinin ən bahalı transferi: Cek Qrişli -117 milyon avro.
Son 21 ildə qazanılan titullar: İngiltərə çempionluğu - 5, İngiltərə kuboku - 2, Liqa kuboku - 6, Superkubok - 2.
Bütün titullar klubun 2008-ci ilin yayında Əbu-Dabinin kral ailəsi tərəfindən alınmasından sonra qazanılıb. O vaxtdan bəri klub transferlərə 2,1 milyard avrodan çox xərcləyib və satışdan 1,1 milyard avrodan çox gəlir əldə edib.
"Real” (İspaniya)
İspaniya nəhəngi "Real” da XXI əsrdə xeyli titul qazanıb. Amma kifayət qədər də pul xərcləyib – 2,2 milyard avro.
Hazırkı heyətin dəyəri: 751 milyon avro
2021-ci ildə transferlərə xərclənib: 31 milyon.
Klub tarixinin ən bahalı transferi: Eden Azar – 115 milyon .
Son 21 ildə qazanılan titullar: İspaniya çempionluğu - 6, İspaniya kuboku - 2, Superkubok - 6.
Çempionlar Liqası – 5, UEFA Superkuboku – 4, Qitələrarası kubok – 1, Klublararası dünya çempionatı – 4.
"Barselona” (İspaniya)
İspaniyanın daha bir nəhəngi "Barselona” isə 4-cü pillədədir. Kataloniyalıların da 21-ci əsrdəki məsrəfləri 2,2 milyard avro olub.
Hazırkı heyətin dəyəri: 659 milyon avro
2021-ci ildə transferlərə xərclənib: 69,5 milyon.
Klub tarixinin ən bahalı transferi: Filippo Koutino, Usman Dembele – hər ikisi 135 milyon.
Son 21 ildə qazanılan titullar: İspaniya çempionluğu - 10, İspaniya kuboku - 7, Superkubok - 8.
Çempionlar Liqası – 4, UEFA Superkuboku – 3, Klublararası dünya çempionatı – 3.
"Yuventus” (İtaliya)
İlk "beşliyi” İtaliya nəhəngi "Yuventus” qapayır. Turinlilər yeni əsrdə 2,1 milyard xərc çəkiblər.
Hazırkı heyətin dəyəri: 529,4 milyon avro
2021-ci ildə transferlərə xərclənib: 30,9 milyon.
Klub tarixinin ən bahalı transferi: Kriştiano Ronaldo - 117 milyon .
Son 21 ildə qazanılan titullar: İtaliya çempionluğu - 11, İtaliya kuboku - 5, Superkubok - 7.
Top-15-də olanlar
6. "Mançester Yunayted” – 2 milyard avro
7. "İnter” – 1,7
8. PSJ – 1,7
9. "Liverpul” – 1,6
10. "Milan” – 1,5
11. "Atletiko” – 1,5
12. "Tottenhem” – 1,4
13. "Roma” – 1,4
14. "Arsenal” – 1,4
15. "Bavariya” -1,1
banner

Oxşar Xəbərlər