• şənbə, 20 Aprel, 07:38
  • Baku Bakı 14°C

XV Yay Paralimpiya Oyunları: Azərbaycan medal sayında 19-cu yerə yüksəlıb

10.09.16 14:23 1347
XV Yay Paralimpiya Oyunları: Azərbaycan medal sayında 19-cu yerə yüksəlıb
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
AZƏRTACxəbər verir ki, yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb. Bu medallardan bir dəsti isə Azərbaycan millisinin aktivinə yazılıb. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutublar. Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı dördə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.
Medal qazanan ölkələrin siyahısına Çin başçılıq edir. Çinlilərin aktivində 49 medal var. Onlardan 20-si qızıl, 17-si gümüş, 12-si isə bürüncdür. İkinci pillədə 27 medalı (12-6-9) olan Böyük Britaniya qərarlaşıb. Ukrayna 26 medal (7-6-13) ilk üçlükdə mövqeyini qoruyub.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçumuz Bayram Mustafayev (66 kq) gümüş medal qazanmışdı.
banner

Oxşar Xəbərlər