Xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə
Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə
idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Qaradağ, Xətai, Binəqədi, Nərimanov,
Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə əmək şəraitinə görə güzəştli
qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr
müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi
rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən
Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiyalar da 2020-ci ilin sentyabr
ayından etibarən hər ayın 14-16-sı aralığında ödəniləcək ki, bu da onların pensiyalarının
hər ay daha tez ödənilməsi istiqamətində daha bir addımdır.
Eyni zamanda, Qaradağ, Xətai,
Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə güzəştli
və xüsusi şərtlərlə pensiya təyin olunmuş və təyin olunacaq şəxslər hər hansı sualları
olduqda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (012)
563-55-46; (012) 563-55-47; (012)
563-55-34 nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.