• cümə, 19 Aprel, 11:34
  • Baku Bakı 13°C

Xüsusi təyinatlılar hava desant hazırlığı üzrə məşqlər ediblər

14.09.21 21:39 255
Xüsusi təyinatlılar hava desant hazırlığı üzrə məşqlər ediblər
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.
Müdafiə Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.
Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.
banner

Oxşar Xəbərlər