• cümə, 19 Aprel, 11:55
  • Baku Bakı 13°C

Xoşqədəm Hidayətqızı Suriyada güllə yarası alıb

26.05.14 14:40 1768
Xoşqədəm Hidayətqızı Suriyada güllə yarası alıb
"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Suriyada vurulması ilə bağlı ATV telekanalı açıqlama verib. ATV-nin redaktoru Vüqar Bektaş anspress-ə bildirib ki, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub.
Atəşdən sonra əməkdaşlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.
Aparıcının ayağından xəsarət aldığı bildirilir.
Qeyd edək ki, bu gün Xoşqədəm Hidayətqızının Suriyada vurulması ilə bağlı KİV-də məlumatlar yayılıb.
banner

Oxşar Xəbərlər