• cümə axşamı, 25 aprel, 16:17
  • Baku Bakı 23°C

Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb

19.09.21 09:45 372
Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb
Xocavənddə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Səbuhi Səhrab oğlu idarə etdiyi yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi daşa çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
banner

Oxşar Xəbərlər