• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Xocavənddə erməni ordusuna məxsus xeyli silah-sursat tapılıb

14.01.22 11:29 492
Xocavənddə erməni ordusuna məxsus xeyli silah-sursat tapılıb
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Kaspi.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.
Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər