AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xocalı soyqırımı aylarla planlaşdırılan bir basqın idi

Xocalı soyqırımı aylarla planlaşdırılan bir basqın idi

Siyasət
25 Fevral 2013, 15:08 1907
“Xocalı soyqırımı aylarla planlaşdırılan bir basqın idi. Bu planın da məqsədi Xocalıdan bir nəfərin də sağ çıxmasına imkan verməmək idi”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə Ankarada Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunan tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.

Xocalı hadisəsinə soyqırımı deyilməsinə aydınlıq gətirən Ə.Həsənov bildirib ki, Xocalıdakı insanlar məhz azərbaycanlı, türk olduqları üçün qətlə yetiriliblər. Ə.Həsənov bildirib ki, Xocalı faciəsinin soyqırımı olaraq tanınması üçün Azərbaycan uzun müddətdir iş aparır və artıq müəyyən nəticələr də var: “Pakistan, Meksika və Kolumbiya Xocalı soyqırımını tanıyıb. Eləcə də ABŞ-ın bir neçə ştatında soyqırımı qəbul edilib. Türkiyə Böyük Millət Məclisində də bununla bağlı müzakirələr aparılıb və tanıması zaman məsələsidir. Türkiyə ictimaiyyəti bu hadisəni soyqırımı kimi tanıyır və Azərbaycan üçün də əhəmiyyətli olan budur.”