Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı

Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı

Kriminal
26 İyun 2019, 14:30 379
İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.